Qurum qazıntı işləri apardı, yollar keçilməz oldu VİDEO

6-01-2026, 17:14           
Qurum qazıntı işləri apardı, yollar keçilməz oldu VİDEO
Binəqədi rayonu, Binəqədi kəndinin sakinləri uzun zamandır ki, yol problemindən əziyyət çəkirlər. Ağamirək İsfahani küçəsində yaşayan vətəndaşların sözlərinə görə, müvafiq qurum tərəfindən ərazidə qazıntı işləri aparılsa da, təmirli yol sonradan keçilməz hala düşüb.

Sakinlər mövcud durumu belə təsvir edirlər:

"Maşınlar gedə bilmir, bura avtobuslar işləmir. Qadınlarımız, kişilərimiz əziyyət çəkirlər, işə gedə bilmirlər. Yol çox bərbad vəziyyətdədir. Üç aydan çoxdur ki, bu durumdayıq".

"Marşrut işləmir, camaat bu daşları yolu birtəhər düzəltmək üçün özləri töküb. Su xətti çəkdilər, ondan sonra yol belə qaldı, baxan yoxdur".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda yeni su xətlərinin çəkilməsi üzrə tikinti-quruculuq işləri icra edilib. Ərazidə asfalt örtüyünün bərpası yaxın zamanlarda təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]