Müşfiqabad qəsəbəsində işıqsız magistral yol sürücülərin hərəkətini çətinləşdirir - VİDEO

7-01-2026, 10:34           
Müşfiqabad qəsəbəsində işıqsız magistral yol sürücülərin hərəkətini çətinləşdirir - VİDEO
Bakı şəhəri, Qaradağ rayonun Müşfiqabad qəsəbəsində işıqsız olan yol sürücülərin hərəkətini çətinləşdirir.

Patrul.az-ın məlumatına görə, qəsəbənin əsas magistral yolunda işıq dirəklərinin işləməməsi ərazini tamamilə qaranlıqda qoyub.

Görüntülərdə gecə saatlarında sözügedən qaranlıq yolda hərəkətdə olan nəqliyyat vasitələri hər an qəza törədə bilərlər.

Sürücülər aidiyyatı qurumlardan Müşfiqabad qəsəbəsindəki əsas magistral yolun işıqlandırılmasını xahiş edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]