Nəsimi İcra Hakimiyyəti hara baxı? Növbəti qanunsuz tikinti-Videofakt

7-01-2026, 08:24           
Nəsimi İcra Hakimiyyəti hara baxı? Növbəti qanunsuz tikinti-Videofakt
Nəsimi rayonu ərazisində yerləşən “Kövsər” restoranının qarşısında və obyektin üzərində ikinci mərtəbənin qanunsuz inşasına başlanıldığı bildirilir. Məlumata görə, bayram günlərində nəzarətin zəifləməsindən istifadə edən işbazlar əraziyə iri həcmli dəmir konstruksiyalar gətirərək tikinti işlərinə start veriblər.Şəhərin mərkəzi hissəsində, yaşıllıq və piyada hərəkətinin mövcud olduğu ərazidə aparılan bu tikinti işləri heç bir məlumat lövhəsi, rəsmi icazə sənədi və ya layihə təqdim edilmədən həyata keçirilir. Bu isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir.Məsələ ilə bağlı əsas sual isə ondan ibarətdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu qanunsuzluqdan xəbərdardırmı? Yoxsa paytaxtın mərkəzində baş verən açıq-aşkar tikinti özbaşınalığına aidiyyəti qurumlar bilərəkdən göz yumur?Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, hər hansı obyektin genişləndirilməsi və ya mərtəbə artırılması üçün rəsmi icazə, təsdiqlənmiş layihə və müvafiq dövlət qurumlarının razılığı mütləqdir. Mövcud vəziyyət isə bu tələblərin heç birinə əməl olunmadığını göstərir.Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi və görüləcək tədbirlər ictimaiyyət üçün olduqca maraqlıdır.
Aztimes.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]