Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar: "Maşın saxlamağa yer olmayacaq" VİDEO

7-01-2026, 15:14           
Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar:
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, 46-cı binanın qarşısında uşaqlar üçün əyləncə qurğularının quraşdırılacağı bildirilir. Bununla bağlı sakinlərə əvvəlcədən məlumat verilib və artıq ərazidə işlərə başlanılıb.


Lakin sakinlər bu təşəbbüsə etiraz edirlər. Onların sözlərinə görə, layihə həyata keçirilərsə, avtomobillərin saxlanılması üçün yer qalmayacaq.

"Biz bunu istəmirik. Çünki həm uşaqların oynaya biləcəyi sahə məhdudlaşacaq, həm də avtomobilləri park etmək mümkün olmayacaq", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə narazılığını belə ifadə edib: "Maşın saxlamağa yer olmayacaq. Təcili bir vəziyyət yaranarsa, ərazidən çıxmaq çətin olacaq. Uşaqlar üçün əyləncə qurğuları quraşdırılması adı ilə işlər görülür, amma sonradan ağaclar içəridə qalır və bina tikilir".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, qeyd olunan ərazidə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələr yaradılır: "İşlər qısa müddətdə yekunlaşacaq və ərazi sakinlərin istifadəsinə veriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]