Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq

7-01-2026, 15:44           
Tanınmış şirkət süni intellektin inkişafına milyardlarla avro sərmayə qoyacaq
Almaniyanın "Bosch" şirkəti 2027-ci ilin sonuna qədər süni intellekt texnologiyalarının inkişafı və tətbiqinə 2.5 milyard avrodan çox investisiya qoymağı planlaşdırır.

"İnterfaks" agentliyi xəbər verir ki, məişət texnikası ilə yanaşı avtomobil komponentləri də istehsal edən "Bosch" şirkəti Las-Veqasda keçirilən CES 2026 sərgisində süni intellekt əsaslı yeni sistemlərini təqdim edib.

Bu sistemlər avtomatik parklanma axtarışı, eləcə də ətraf mühitin və hərəkətin tanınmasını yaxşılaşdırmaq üçün yeni sensorlar xətti kimi funksiyalara malikdir.

Şirkət bildirib ki, 2030-cu illərin ortalarına qədər proqram təminatı, sensor texnologiyaları, yüksəkperformanslı hesablama sistemləri və şəbəkə komponentlərinin satışından 10 milyard avrodan çox gəlir əldə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]