“Sosial eksperiment” adı ilə dələduzluq: şübhəli saxlanıldı

7-01-2026, 17:37           
“Sosial eksperiment” adı ilə dələduzluq: şübhəli saxlanıldı
Abşeron rayonu ərazisində vətəndaşa qarşı qeyri-adi üsulla dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.
Xırdalan şəhərində naməlum şəxs əvvəlcə vətəndaşdan 1 manat istəyib, sonra cibində pul olduğunu görərək bunu guya “sosial eksperiment” adı altında davam etdirib. O, çəkiliş üçün pul lazım olduğunu deyərək 1350 manatı ələ keçirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Mehdiyev saxlanılıb. Araşdırma aparılır.
Küçədə, sosial şəbəkələrdə və ya tanımadığınız şəxslərin “eksperiment”, “yardım”, “veriliş” adı ilə pul istəməsi dələduzluq riski daşıyır.
Elşad Hacıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]