Azərbaycanda kərə yağı bahalaşacaq - Tarix açıqlandı

8-01-2026, 09:24           
Azərbaycanda kərə yağı bahalaşacaq - Tarix açıqlandı
Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb.

TEREF milli.az-a istinadən xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər.

Məsələ ilə bağlı iqtisadçılar bildirib ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır:

"Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq".

Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15% idxal rüsumu 5%-ə endirilmişdi, bu güzəşt bu il uzadılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]