Müsəddin Namazov bahalı maşınlarının sayını artırır - 60 min manat mədədə

22-01-2026, 12:37           
Müsəddin Namazov bahalı maşınlarının sayını artırır - 60 min manat mədədə
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstututu (“AZƏRDÖVLƏTLAYİHƏ”) növbəti dəfə avtomobil almaq üçün tender elan edib.

Sözügedən qurum bununla bağlı artıq məqsədini də açıqlayıb.

Məlum olub ki, “Azərdövlətlayihə” bir ədəd sedan tipli xidməti minik avtomobili alacaq. Həmin maşının qiymətinin isə 60 min 550 manat olması planlaşdırılır. Yəni, təklif olunan yekun rəqəm 60 min manatdan çox olmayacaq.

Qeyd edək ki, “Azərdövlətlayihə” son bir ildə ikinci dəfədir avtomobil alınması prosesini reallaşdırır. Ötən ilin yayında qurum “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC-dən dəyəri 185 min 300 manat olan maşın almışdı. Həmin vaxt məlum olmuşdu ki, qurumun rəhbəri üçün nəzrdə tutulmuş bahalı maşının markası “Toyota Lexus” olub.

media-museddin

Nəzərinizə çatddıraq ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Əhməd oğlu Namazovdur. Görünür, Azərbaycanın əməkdar memarı özünün mindiyi bahalı “Lexus”dan fərqli olaraq, işçilərinə nisbətən ucuz maşın almaq qərarı verib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./Tribuna/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]