Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026, 12:24           
Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər
Süni intellekt, böyük ehtimalla, artıq 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı ola bilər.

Bunu Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda İlon Mask bəyan edib.

"Bu inkişaf tempi ilə, hesab edirəm ki, biz ilin sonuna və ya gec olmayaraq gələn il hər bir insandan daha ağıllı süni intellekt əldə edəcəyik. Sonra isə, yəqin ki, 2030 və ya 2031-ci ildə, yəni beş il ərzində, o bütün bəşəriyyətdən daha ağıllı olacaq", – deyə o bildirib.

2023-cü ilin aprelində Mask süni intellektin hazırlanması ilə məşğul olan "xAI" startapını təsis edib. Bir neçə ay sonra süni intellekt əsaslı "Grok" adlı çat-bot təqdim olunub.

Layihənin yaradıcıları iddia edirlər ki, bu məhsul analoqlarından senzuranın olmaması ilə fərqlənir və real vaxtda aktual məlumatlara çıxışı təmin edir.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]