Salyanda kanalizasiya xəttinin çəkilişi yolları keçilməz etdi – VİDEO

16-02-2026, 12:14           
Salyanda kanalizasiya xəttinin çəkilişi yolları keçilməz etdi – VİDEO
Kanalizasiya xəttinin çəkilməsi üçün qazılmış yol qar yağandan sonra keçilməz vəziyyətə düşüb. Gördüyünüz kadrlar Salyan şəhərinin Mirbağır Ağazadə küçəsindəndir.

NOCOMMENT.az xəbər verir ki, sakinlər iddia edirlər ki, yol kanalizasiya xətlərinin çəkilməsi üçün 2 dəfə qazılıb. Yolun bir hissəsində çirkab sularının yaratdığı gölməçələr, bir hissəsində isə toplanmış palçıq qatı həm sakinlərin, həm də məktəblilərin hərəkətini çətinləşdirir. Sakinlər deyirlər ki, sonuncu qardan sonra vəziyyət daha da pisləşib. Onların dediyinə görə, iki avtomobil yanaşı gəlsə, biri palçığa düşüb batır.

İndi sakinlər xüsusilə şagirdləri məktəbə aparıb-gətirməkdə ciddi çətinliklə üzləşdiklərini bildirirlər:

Sakinlər deyirlər ki, dəfələrlə yolu qazan şirkətə müraciət etsələr də, heç bir faydası olmayıb. Sakinlərin şikayətinə aydınlıq gətirmək üçün sözügedən şirkətə müraciət etdik. Sorğumuza cavab verən Nord vestin nümayəndəsi Elvin İbrahimov bildirdi ki, son günlər havaların yağmurlu keçməsi səbəbindən işlərin yekunlaşması ləngiyir. İşlər tamamlananadan sonra qazılan yolların asfatlanmasına başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru