Mesaj ünvanlıdır! Şikayət edən işçi axtarışına çıxıb ona hədə-qorxu mesajı göndərən bununla da vəzifə səlahiyyətlərini aşan bəzi vəzifə sahibləri üçün,marifləndirmə,başa salma ,qandırma! Ölkə qanunvericiliyinə hörmətlə yanaşın cənablar. -Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır. Azərbaycan Respublikasının Konstitutsiyası , Maddə 57. 2. (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.) Mirvari Gahramanli Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri