Lerikdə kənd yolları bu vəziyyətdədir-Video

23-02-2026, 09:24           
Lerikdə kənd yolları bu vəziyyətdədir-Video
Lerikdə 6 kəndi birləşdirən yol bərbad vəziyyətdədir.

Sakinlər deyirlər ki, uzunluğu 9 kilometr olan Vizəzəmin, Peştətük, Cənginəvud, Kincivo, Kornadi, Sipiyereğon avtomobil yolu uzun illərdir təmir olunmur.

Xüsusilə yağıntılı günlərdə vəziyyət daha da çətinləşir.

Sakinlər deyirlər ki, yolun bu vəziyyəti övladlarının təhsilinə də mənfi təsir göstərir. Çünki uşaqları məktəbə aparıb-gətirmək çətinləşir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda Hamarmeşə-Bibiyani avtomobil yolunun təmiri davam edir, növbəti illərdə sözügedən yolun da dövlət proqramına daxil edilərək yenidən qurulması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru