2001-ci ilə qədər tikilən evlərə “kupça” veriləcək

23-02-2026, 11:58           
2001-ci ilə qədər tikilən evlərə “kupça” veriləcək
Evlərlə bağlı hazırlanan konsepsiyanın yaxın müddətdə təsdiqi gözlənilir. Təxminən 100 min evə kupça verilməsi mümkün olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Bununla bağlı konspesiya hazırlanıb və yaxın müddətdə təsdiqi gözlənilir. Təsdiq olunduqdan sonra isə birinci mərhələdə 2001-ci ilədək inşa edilən evlərə kupça veriləcək.

Həmçinin tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır. Nazirlər kabineti daşınmaz əmlakın sənədlərinin qeydiyyatı, qəbulu və yoxlanması üzrə prosedurları tədiq edib. Yeni qərarla bu prosesin sadələşdirilməsi reallaşıb. Müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək.

Belə ki artıq müddətlə bağlı da qərar qəbul olunub. Qurum prosesi təxminən 2 həftə ərzində yekunlaşdırmalı, nəticəsi barədə vətəndaşa məlumat verməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru