Marketdə ciddi nöqsan - 510 məhsulun vaxtı keçibmiş

25-02-2026, 10:34           
Marketdə ciddi nöqsan -
AQTA əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Xocalı küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Vəfa Razim qızına məxsus “Yusif” marketdə plandankənar yoxlama keçirilib.

AzFakt.com xəbər verir ki, baxış zamanı ciddi qanun pozuntusu aşkarlanıb.

Belə ki, müxtəlif əmtəə nişanlı, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin, vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv olunması barədə müvafiq qərar qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru