“Onlar bütün cavan əsirləri xüsusi amansızlıqla öldürürdülər, səbəb isə bu idi ki...”

25-02-2026, 16:24           
“Onlar bütün cavan əsirləri xüsusi amansızlıqla öldürürdülər, səbəb isə bu idi ki...”
“Ermənilər Xocalıda ələ keçridikləri bütün cavan əsirləri ən amansız işgəncələrlə öldürürür, onların sağ qalmasına imkan vermirdilər. Buna səbəb onların gənclərə potensial döyüşçü kimi baxması idi”.

Moderator.az xəbər verir ki, bu sözləri erməni əsirliyində olan Hüseynağa Quliyev bildirib. Xocalı soyqırımının şahidi qeyd edib ki, ermənilər əsirləri insan ağlına gəlməyən işgəncələrə məruz qoyublar:

“Dişlərin kəlbətinlə çəkilməsi, benzin töküb yandırmaq, çarmıxa çəkmək, buzun üstündə saatlarla dayanmağa vadar etmək və s. ermənilərin Xocalı əsirlərinə verdiyi çoxsaylı işgəncələr sırasına daxil idi. Onlar heç kimə rəhm etmir, verdikləri işgəncələrdən zövq alırdılar. Qadınlar, qocalar, uşaqlar - hər kəs ermənilər tərəfindən eyni amansızlığa məruz qalır, eyni vəhşiliklə qətlə yetirilirdi. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni faşizminə qalib gələrək bütün şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qisasını aldıq. Artıq vaxtiylə işğal altında olan bütün torpaqlarımızda, eləcə də Xocalıda Azərbaycan bayrağı dalğalanmaqdadır. Və bu sübut edir ki, heç kim, heç bir qüvvə Azərbaycan xalqını məğlub edə, onu öz yolundan döndərə bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru