Su xətti partladı, aidiyyəti qurumlar məsələyə baxmır – VİDEO

27-02-2026, 11:44           
Su xətti partladı, aidiyyəti qurumlar məsələyə baxmır – VİDEO
Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Nəsibə Zeynalova küçəsində içməli su xəttində yaranan nasazlıq sakinlərin narazılığına səbəb olub.

Referans Media xəbər verir ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, içməli su boruları bir neçə yerdən partlayıb və su küçəyə axır. Nəticədə həm hərəkət çətinləşib, həm də su israfı baş verir.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem köklü şəkildə həll olunmayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Sabunçu Rayon Su Kanal İdarəsinə məlumat verilib. Qəza briqadası tərəfindən əraziyə baxış keçiriləcək, borunun istismar vəziyyəti araşdırılacaq və zəruri tədbirlər görüləcək.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru