LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT

27-02-2026, 17:47           
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
Lənkəran Dövlət Universiteti (LDU) "Zirvə Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, müqavilə LDU-nun H.Aslanov 50 ünvanında yerləşən inzibati binasına bitişik yarımtikilinin əsaslı təmiri ilə bağlıdır.
Təmir işlərinə görə "Zirvə Construction” MMC-yə 369 724,21 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zirvə Construction” MMC 2 dekabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Əalağa Kürçaylı küçəsi, ev 7, mənzil 64-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Səbuhi Şahid oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Səbuhi Abbasov barəsində də hər hansı məlumata rast gəlinmir.
Dövlət satınalmalarının vahid elektron portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki. Ötən il "Zirvə Construction” MMC ilə 4 satınalma müqaviləsi imzalanıb. Müqavilələrin ümumi maliyyə dəyəri 231 282,80 manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru