Sumqayıt bulvarında ağaclar kəsildi….

28-02-2026, 08:14           
Sumqayıt bulvarında ağaclar kəsildi….
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

XALQ xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, dənizkənarı bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu Zərnə kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru