“Kərə ətirli” yalanı: Marketlərdəki baha məhsullar bizi necə aldadır? - VİDEO

Bu gün, 00:03           
“Kərə ətirli” yalanı:
Marketlərdə yağ və digər qida məhsullarının üzərində “premium”, “daha keyfiyyətli” və ya “kərə ətirli” kimi ifadələrə tez-tez rast gəlinir. İstehlakçılar, adətən, qiyməti baha olan bu məhsulların daha keyfiyyətli olduğunu düşünürlər.

Bəs həqiqətənmi baha qiymət yüksək keyfiyyət deməkdir?

Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov Yenicag.az-a açıqlamasında bildirib ki, məhsulun qiymətinin yüksək olması və ya üzərində cəlbedici sözlərin yazılması onun həqiqətən keyfiyyətli və təhlükəsiz olduğu anlamına gəlmir:

“Bu gün marketlərdə satılan məhsulların üzərinə reklam məqsədilə müxtəlif sözlər yazıla bilər. Məsələn, məhsul spred yağı ola bilər, amma üzərində ‘kərə ətirli’, ‘kərə tərkibli’, ‘kərəyə yaxın’ və ya ‘sanki kərə yağıdır’ kimi ifadələr qeyd olunur. Bu sözlər məhsulun həqiqətən kərə yağı, günəbaxan yağı və ya zeytun yağı olduğunu sübut etmir”.

İlkin Şirinov vurğulayıb ki, məhsulun keyfiyyət göstəricisi yalnız laboratoriya analizləri ilə müəyyən edilir. Ekspertin sözlərinə görə, məhsulun tərkibindəki yağ turşularının miqdarı, texnoloji göstəricilər və digər laboratoriya nəticələri düzgün qeyd olunarsa, o zaman məhsul haqqında obyektiv fikir söyləmək mümkündür.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]