Xəzər rayonu ərazisində qanunsuz tikintilər artır – suallar cavabsız qalır-Videofakt

Bu gün, 00:09           
Xəzər rayonu ərazisində qanunsuz tikintilər artır –
Xəzər rayonu ərazisində qanunsuz tikililərin sayı durmadan artır. Sosial şəbəkələrdə yayılan növbəti videogörüntüdə ərazidə sürətlə tikinti işlərinin aparıldığı açıq şəkildə görünür. İddialara görə, sözügedən tikinti üçün heç bir rəsmi icazə mövcud deyil.

XALQ-a müraciət edən yerli sakinlərin sözlərinə görə, rayon ərazisində bu cür tikintilərin sayı artıq hesablanmayacaq həddə çatıb. Xüsusilə fərdi yaşayış evləri və obyektlərin sənədsiz şəkildə inşa edildiyi bildirilir.

Məsələ ilə bağlı sual yaranır: rayon rəhbərliyi bu proseslərdən xəbərdardırmı?

Elşən Salahov rəhbərlik etdiyi icra hakimiyyəti qanunsuz tikintilərlə bağlı niyə operativ tədbir görmür? Əgər bu tikintilər həqiqətən sənədsizdirsə, niyə dayandırılmır və ya hüquqi prosedurlar işə salınmır?

Məlumdur ki, Azərbaycan qanunvericiliyinə əsasən, tikinti işlərinin aparılması üçün müvafiq icra qurumlarının razılığı və icazə sənədləri tələb olunur. Qanunsuz tikinti isə inzibati və hüquqi məsuliyyət yaradır.

Mövzu ilə bağlı rəsmi qurumların mövqeyi maraqlıdır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]