2,9 milyonluq tenderin qalibi olan şirkət "qara siyahı"da - Saxta sənəd təqdim edib

Bu gün, 00:11           
2,9 milyonluq tenderin qalibi olan şirkət "qara siyahı"da -
Satınalma müsabiqələrində fəal iştirak edən və vaxtaşırı qalib seçilən "Dream Construction Company" MMC etibarsız təchizatçılar siyahısına salınıb.

Bizimesr.az xəbər verir ki, şirkət 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz."Dream Construction Company" MMC-nin etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi isə saxta sənəd təqdim etməsi ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Dream Construction Company" MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.

"Dream Construction Company" MMC "Otaxlı" MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Dream Construction Company" MMC ötən il 13 tenderin qalibi seçilib.

Bu tenderlər aşağıdakı qurumlar tərəfindən keçirilib:

- Sumqayıt Şəhər İcra Hakimiyyəti – 3 tender
- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 2 tender
- Bərdə Rayon İHB-nin Şəhər Nümayəndəliyi – 2 tender
- Bərdə Rayon İcra Hakimiyyəti -1 tender
- Ağdam Rayon İcra Hakimiyyəti – 3 tender
- Qubadlı Rayon İcra Hakimiyyəti – 1 tender
- Ağdam Rayon İHB-nin Quzanlı Ərazi Nümayəndəliyi – 1 tender.
- Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 2 961 891,07 manat təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]