Yasamalda hündürlükdən sallanan konstruksiya ilə bağlı tədbir görüləcək - YENİLƏNİB

4-03-2026, 07:14           
Yasamalda hündürlükdən sallanan konstruksiya ilə bağlı tədbir görüləcək - YENİLƏNİB
Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yaranmış təhlükəli vəziyyətlə bağlı rəsmi qurumlara məlumat verilib.

Patrul.az xəbər verir ki, söhbət rayonun İzmir 9 ünvanında yerləşən binanın damında qopan konstruksiyadan gedir. Belə ki, dam örtüyünün bir hissəsi yerindən qoparaq təhlükəli vəziyyət yaradıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına məlumat verildiyi bildirilib.

18:35

***

Yasamal rayonu, İzmir 9 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında küləyin təsiri nəticəsində böyük konstruksiya parçası qoparaq hazırda hündürlükdən sallanır. Mövcud vəziyyət binanın qarşısından keçən piyadalar, xüsusilə uşaqlar və yaşlı sakinlər üçün ciddi təhlükə yaradır. Eyni zamanda, ərazidə park edilmiş və hərəkətdə olan avtomobillər üçün də əlavə risk formalaşdırır.

Sakinlərin Patrul.az-a verdiyi məlumata görə, damın qopmuş hissəsi hər an yerə düşə bilər ki, bu da faciəvi nəticələrə səbəb ola bilər. Narahatlığa baxmayaraq, məsələ ilə bağlı indiyədək heç bir tədbir görülməyib.

Təəssüf ki, yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kommunal Mənzil-İstismar Birliyi tərəfindən hər hansı operativ addım atılmayıb.

Sakinlər ciddi narahat olduqlarını bildirərək problemin təcili şəkildə həllini tələb edirlər. Onların sözlərinə görə, damın qopmuş hissəsi dərhal təhlükəsiz şəkildə demontaj edilməli və insanların həyatı üçün yaranmış risk aradan qaldırılmalıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru