Bakıda söküntüsü planlaşdırılan binaların sakinləri vəziyyətdən narazıdırlar

4-03-2026, 16:18           
Bakıda söküntüsü planlaşdırılan binaların sakinləri vəziyyətdən narazıdırlar
Bakıda söküntü işlərinin başlanması üçün iki dördmərtəbli binanın ətrafı hasarlanıb, lakin hələ də orada yaşayanlar var.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsindəki yataqxana binalarından gedir.


Bina sakinləri arasında tikinti şirkəti ilə razılaşıb gedənlərdən biri deyir ki, artıq iki ildir kirayə mənzilə köçüb.

Sakinlərin dediyinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək. Lakin bəzi sakinlər hələ də razılaşma əldə olunmadığı üçün binalarda yaşamağa davam edirlər.

Sakinlərin sözlərinə görə, bir müddətdir MTK-nın nümayəndələri ümumiyyətlə əraziyə gəlmirlər. Hətta "Rahatlığın məkanı" tikinti şirkəti adını dəyişərək başqa adla əvəzləyib.

Şirkətin nümayəndəsi kimi sakinlərlə danışıq aparan şəxsin isə işdən çıxdığı barədə məlumatlar var. Həmin şirkətin sosial şəbəkədə yerləşdirdikləri əlaqə nömrələri isə zənglərə cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru