İRAN VƏ HİNDİSTAN İSTEHSALI OLAN TİKİNTİ MƏHSULLARI İNSAN SAĞLAMLIĞINA ZİYAN VURA BİLƏRMİ?

5-03-2026, 15:18           
İRAN VƏ HİNDİSTAN İSTEHSALI OLAN TİKİNTİ MƏHSULLARI İNSAN SAĞLAMLIĞINA ZİYAN VURA BİLƏRMİ?
Ölkəmizin tikinti bazarında yerli məhsullarla yanaşı müxtəlif ölkələrdən gətirilən istənilən çeşiddə mallar satılır.
Son günlər İran və Hindistandan idxal olunan metlaxların tərkibində insan sağlamlığına mənfi təsir edə biləcək maddələrin olduğu barədə iddialar səslənir. Bu məsələyə müəyyən qədər aydınlıq gətirmək üçün ekspert Arzu Mustafayev müraciət etdik.
Onun dediyinə görə, hər iki ölkə - həm İran, həm də Hindistan dünyada mərmər-qranit və bu tipli mineral-xammal ehtiyatlarına görə ilk onluqda yer alırlar. Dünyada bu xammallardan hazırlanan məhsullara tələbatın ödənilməsində məhz bu ölkələrin böyük payı var.
Nəzəri cəhətdən bu məhsullar, yəni kafel, metlaxlar insan sağlamlığına heç bir təhlükə yarada bilməz. Ancaq dünya tikinti bazarının inkişafı, inşaat sənayesinin çox şaxələnməsi yeni məhsulların peyda olmasına gətirib çıxardır.
Təbii ki, rəqabət yaranır. Rəqabət olanda isə çox təəssüf ki, heç də həmişə keyfiyyətə üstünlük verilmir. Bəzən daha çox alıcı cəlb etmək üçün, məhsulun maya dəyərinin daha ucuz başa gəlməsi üçün müxtəlif üsullardan istifadə olunur.
Məsələn, kafel, metlax istehsalında da təbii komponentlərlə yanaşı məhsulun alınması üçün çox sayda kimyəvi əlavələrdən istifadə olunur. Amma konkret element, konkret kimyəvi birləşmə adı çəkib bunların məhsulun tərkibində insan sağlamlığına təsir edə biləcəyini demək mümkün deyil.
Söhbət yalnız məhsulun tərkibində təbii və süni komponentlərin miqdarından, nisbətindən gedə bilər.
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru