Saatlı Rayon İcra Hakimiyyətinə interneti 9 min manata çəkiblər - İcazə verin şübhələnək...

5-03-2026, 12:18           
Saatlı Rayon İcra Hakimiyyətinə interneti 9 min manata çəkiblər -
Saatlı Rayon İcra Hakimiyyəti inzibati binanın və tabeliyindəki strukturların fasiləsiz rəqəmsal rabitə ilə təmin olunması məqsədilə növbəti internet xidməti satınalmasını yekunlaşdırıb.

32gun.az xəbər verir ki, rayonun rəsmi idarəetmə orqanının fəaliyyətində operativliyi və elektron sənəd dövriyyəsini təmin etmək üçün elan edilən bu xidmət üzrə ölkənin aparıcı telekommunikasiya operatoru "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.

İmzalanmış rəsmi müqaviləyə əsasən, xidmətlərin göstərilməsi üçün 8.952 AZN vəsait ayrılıb. Bu məbləğ çərçivəsində İcra Hakimiyyətinin yüksəksürətli genişzolaqlı internet şəbəkəsinə qoşulması, xidmət müddəti ərzində texniki dəstəyin göstərilməsi və məlumat mübadiləsinin təhlükəsizliyinin təmini nəzərdə tutulur.

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru