Rəhim Vəliyev bu idarənin 65 min manatını "uddu"

6-03-2026, 16:24           
Rəhim  Vəliyev  bu idarənin 65 min manatını "uddu"
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Bakı şəhərində yerləşən inzibati binalarında quraşdırılmış iqlim idarəetmə sistemlərinin illik texniki xidməti üçün keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.

32gun.az xəbər verir ki, Tenderin nəticələrinə əsasən, fiziki şəxs Rəhim Qafil oğlu Vəliyev qalib seçilib.

Tərəflər arasında 64.824,48 AZN məbləğində müqavilə bağlana bilər.

Xidmət müqaviləsi çərçivəsində Ziya Bünyadov prospekti 3 ünvanında yerləşən dövlət arxiv binalarında aşağıdakı texniki işlərin icrası nəzərdə tutulur:

Isitmə və Soyutma: 550W gücündə 8 ədəd qazan sistemi və 30-145 kW gücündə 24 ədəd çiller qurğusuna servis baxışı.

Hava tənzimləyicilər: 1080 ədəd fan-koyl və saatda 5000-14000 m³ hava dövriyyəsi təmin edən 12 ədəd mərkəzi kondisioner (AHU) sisteminə xidmət.

Dövriyyə və Filtrasiya: 132 ədəd sirkulyasiya nasosu və 108 ədəd su filtrinin işlək vəziyyətdə saxlanılması.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru