Bu evlərə də "kupça" verilir

6-03-2026, 12:18           
Bu evlərə də "kupça" verilir
Azərbaycanda bələdiyyə torpaqlarında ev tikmiş vətəndaşların çıxarış (kupça) ala bilməsi məsələsi tez-tez müzakirə olunur. Bir çox hallarda həmin torpaqlarla bağlı sənədlər tam rəsmiləşdirilmədiyi üçün vətəndaşlar mülkiyyət hüququnun qeydiyyatında çətinliklərlə üzləşirlər.

Bəs bələdiyyə torpaqlarında tikilmiş evlərə çıxarış almaq üçün hansı prosedurlar həyata keçirilməlidir?

Demokrat.az xəbər verir ki, əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, əgər həmin torpağın dövlət aktı vaxtilə ödənilibsə, vətəndaş aidiyyəti sənədlərlə birbaşa ASAN Xidmətə müraciət edərək torpağın mülkiyyət hüququnu əldə edə bilər.

“Əgər dövlət aktı ödənilməyibsə və sənədlərdə hər hansı uyğunsuzluq varsa, əvvəlcə bu sənədlər yoxlanılmalıdır. Bu zaman vaxtilə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərin uyğun olub-olmaması araşdırılır. Sənədlər uyğun hesab edilərsə, bələdiyyələrin strukturunda fəaliyyət göstərən müstəqil qiymətləndirmə şirkətləri prosesə cəlb olunur. Həmin şirkətlər torpağın qiymətləndirilməsini aparır və bundan sonra vətəndaş həmin torpaq sahəsinin alqı-satqısı prosesində iştirak edə bilir”, - deyə E.Azadov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru