Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır

6-03-2026, 12:48           
Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır
Dövlət Turizm Agentliyi (DTA) tərsə məssəb işlər görməkdə davam edir.

Tribuna.az xəbər verir ki, qurum özünün yeni tenderinin nəticəsini açıqlayıb.

Məlumata əsasən DTA qış turizm ilə bağlı keçiriləcək yarışlar zamanı tədbirlərin təşkil olunmasını reallaşdıracaq şirkətlə anlaşıb. Belə ki, “BAKU HOLİDAY” MMC tenderin qalibi olub. Və qış yarışlarını keçirmək üçün Agentlikdən 174 min 174 manat pul alacaq.

Qeyd edək ki, DTA-nın belə işləri əvvəllər də olub. Məsələn, ötən yay sentyabrın 1-də, çimərlik mövzusu bitdikdən sonra Agentlik çimərlik istifadəyə vermişdi. İndi də qış qurtarır, amma qurum qış yarışları keçirməyə hazırlaşır.

Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru