“Ultra Technologies” MMC Maliyyə Nazirliyi nə biri 440 manata katric satacaq - Kimin ağlına nə qiymət gəlir onuda yazırlar

7-03-2026, 00:02           
“Ultra Technologies” MMC Maliyyə Nazirliyi nə biri 440 manata katric satacaq - Kimin ağlına nə qiymət gəlir onuda yazırlar
Deməli Maliyyə Nazirliyi açıq tenderin qalibini açıqlayıb.
Maliyyə Nazirliyində yaradılan mərkəzləşdirilmiş printer sistemi üçün 2026-cı il üzrə katriclərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi “Ultra Technologies” MMC (VÖEN –
4600021491) olub.
Nazirlik satın alacağı 282 ədəd katric üçün “Ultra Technologies” MMC-yə 123 min 784 manat 17 qəpik (bir ədədi 439 manat) ödəyəcək.
Təsəvvür edirsiniz? 282 ədəd katric üçün 124 min manata yaxın vəsait. 124 min 282-ə bölünəndə 440 manat edir. Yəni Maliyyə Nazirliyi cəmi bir ədəd printer katricini 440 manata alır. Söhbət MN-nin xidməti çap printerlərindən gedir. Yəqin MN-nin idarlərində məmurların xidməti kabinetlırində olan printerləri görəniniz olub.
Kiçik sadə lazer printerlərdir. Bazarda bu prinetlərin özü (katriclə birlikdə) 300 manatdan baha deyil.
Sonra da həvəsə düşüb deyirsiniz ki, qənaət rejiminə keçilib.
Yeri gəlmişkən nizamnamə kapitalı 1000 manat olan “Ultra Technologies” MMC 2000-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci MKR, ev. 45V, m. 48-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədzadə Zaur Arif oğludur.
Onu da bildirək ki, “Ultra Technologies” MMC-nin adı 2016-cı ilin fevral ayına kimi “Ultra Computers” Firması olub.
Onu da bildirək ki, 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilən Tahir Mirkişilinin tərcümeyi halında göstərilir ki, o, 2000–2011-ci illərdə “Ultra Computers” MMC-də mühəndis və direktor vəzifələrində işləyib.
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru