Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

7-03-2026, 10:18           
Qeydiyyatsız yaşayanlara xəbərdarlıq
Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar gücləndirilib. Qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

TEREF xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov bildirib ki, əgər vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, mütləq İcra Hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır:

“Qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, 30 manat məbləğində cərimə oluna bilərsiniz. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müvafiq nəzarəti DİN həyata keçirir.

Qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdə 10 gün müddətinə müvafiq orqana müraciət edib qeydiyyata düşməlidir”.

Qeyd edək ki, evinin çıxarışı olmayan şəxslər də yaşayış yeri üzrə qeydiyyata düşə bilərlər. Bunun üçün onlar E-polis mobil tətbiqinə onlayn şəkildə müraciət edərək qeydiyyat prosesini rahat və operativ şəkildə həyata keçirə bilərlər. (Milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru