Novruz tətili: Otellərdə qiymətlər necədir? – VİDEO

9-03-2026, 17:08           
Novruz tətili: Otellərdə qiymətlər necədir? – VİDEO
Novruz bayramına sayılı günlər qalıb. Təbii ki, tətilini bölgələrdə keçirmək istəyənlərin sayı kifayət qədər çoxdur.

Turizm ekspertləri Baku TV-yə bildiriblər ki, tələbat yüksək olduğu üçün bayram ərəfəsində bölgələrdə hotellərin və kirayə evlərin qiymətlərində artım qaçılmazdır.
Ən bahalı hotellər ənənəvi olaraq Qəbələ, Quba, Lənkəran və Qarabağ bölgələrində yerləşir.
Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, Quba-Qusar bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün bir gecə qalmaq və səhər yeməyi daxil qiymətlər 100-120 manatdan başlayır. 5 ulduzlu hotellərdə isə qiymətlər 150-250 manat aralığında dəyişir.
Ekspert bildirib ki, Şəki-Qax-Zaqatala-Balakən bölgəsində qiymətlər nisbətən daha münasibdir. Bu bölgədə 4 ulduzlu hotellərdə qiymətlər 80-120 manat, 5 ulduzlu hotellərdə isə 150-200 manat aralığında təklif olunur.
Cənub bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün bir gecə qalmaq və səhər yeməyi 80-100 manat, 5 ulduzlu hotellərdə isə 100-150 manatdan başlayır.
Qarabağ istiqamətində – Xankəndi, Şuşa və Laçın bölgələrində isə 4 ulduzlu hotellərdə qiymətlər 130-150 manat, 5 ulduzlu hotellərdə isə 150-200 manat arasında dəyişir.
Ekspertlər tələbatın yüksək olduğunu nəzərə alaraq vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və seçim edərkən qiymətləri müqayisə etməyi tövsiyə edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru