RƏSMİ XRONİKAƏmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi

10-03-2026, 17:45           
RƏSMİ XRONİKAƏmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, eləcə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub.

Qanuna əsasən, bir sıra maddələr ləğv edilir və terminoloji dəyişikliklər aparılır. Belə ki, “sosial sığorta nömrəsi” anlayışı “fərdi identifikasiya nömrəsi (FİN)” ilə əvəz olunur.

Bununla yanaşı, Əmək Məcəlləsində əmək müqaviləsinin nümunəvi forması ilə bağlı bəzi ifadələr çıxarılır və bir sıra maddələrdə redaktə xarakterli dəyişikliklər edilir.

Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru