Parklanma cəriməsi ilə bağlı YENİLİK

12-03-2026, 16:46           
Parklanma cəriməsi ilə bağlı YENİLİK
Parklanma cəriməsi ilə bağlı YENİLİ
Dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.

Referans Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqıda” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Bundan əlavə, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması qaydalarına da dəyişiklik edilir.

Belə ki, hazırda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 57.6.3-cü maddəsinə görə qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur.

Təklif edilən dəyişikliyə əsasən isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru