Binanın 11-ci mərtəbəsindən ev aldı, tikinti həmin qata çatanda işlər dayandı - VİDEO

13-03-2026, 15:38           
Binanın 11-ci mərtəbəsindən ev aldı, tikinti həmin qata çatanda işlər dayandı - VİDEO
18 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil sahibi olmaq istəyən vətəndaş evini seçdiyi mərtəbəyə çatanda binanın tikintisinin yarımçıq dayandırıldığını bildirir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, müraciət edən şikayətçi pulunu ödədiyi mənzili təhvil almaqda problem yaşadığını deyir.


Vücal Əliyevin sözlərinə görə, o, "MM Park" MMC ilə mənzil alqı-satqısı ilə bağlı müqavilə imzalayarkən binanın tikintisi artıq üçüncü mərtəbəyə çatmışdı. Üst mərtəbələrə qədər tikinti normal şəkildə davam etsə də, sonradan işlər dayandırılıb.

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin məsul şəxsi Şahlar Qurbanov bildirib ki, vətəndaşın narazılığı əsaslıdır, lakin problemin səbəbi başqa amillərlə bağlıdır.

Tikinti şirkətinin nümayəndəsi qeyd edib ki, əgər binanın tikintisinin davam etdirilməsi üçün müvafiq icazələr verilməzsə, Vücal Əliyev məhkəməyə müraciət edərək şirkətdən ödədiyi məbləğin gecikmə faizi də nəzərə alınmaqla geri qaytarılmasını tələb edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru