Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar? - İTTİHAM VAR

Bu gün, 00:01           
 Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar? - İTTİHAM VAR
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalova müraciət edən Kürdəmir sakini rayon TTTYS şöbəsinin müdiri Asim Ağakişiyev tərəfindən qanunsuzluqlara yol verildiyini iddia edib.

Vətəndaşın iddiasına görə, Asim Ağakişiyev “Təcili yardım”ı biznes şəbəkəsinə çevirib. O qeyd edir ki, dəfələrlə edilən şikayətlərə baxılmır. “Ramin müəllim də burda yoxlama zamanı saxtakarlıqların sübutlarını itirərək, “ört-basdır edir”, nəticədə heç bir tədbir görülmür”, – deyə şikayətçi bildirib.

Müraciətdə daha sonra bildirilir ki, müəssisədə meyar və qrafikə uyğun olmayan cədvəllər tərtib olunur, maaşlar düzgün yazılmır.

Şikayətçi deyir ki, əlində faktlar və sübutlar olduğu halda məsələyə baxılmır, ölçü götürülmür.

Şikayətçinin sözlərini təsdiqləyən bir neçə faktı təqdim edirik:

Qeyd edək ki, TƏBİB-densorğumuza verilən cavabda aparılan yoxlamanın nəticələrinə əsasən səsləndirilən iddiaları təsdiqləyən hər hansı faktın aşkarlanmadığı, stansiyanın fəaliyyətinin mövcud qaydalara uyğun şəkildə təşkil olunduğu bildirilib.

nocomment.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]