Hər şey BAHALAŞIB: Maaşlar isə 4 ildir yerində sayır...

Bu gün, 08:58           
 Hər şey BAHALAŞIB:
“Azərbaycan Dəmir Yolları” QSC-də çalışan işçilər əmək haqları və iş şəraiti ilə bağlı narazılıqlarını ifadə ediblər.

Bizimesr.az-a danışan işçilər bildirib ki, qurumda maaşlar uzun müddətdir artırılmır.

Onların sözlərinə görə, son 4 il ərzində əmək haqlarında heç bir artım olmayıb. Bu müddətdə ölkədə ərzaq məhsullarının, eləcə də işıq, qaz, su və digər sosial xidmətlərin qiymətləri yüksəlsə də, dəmiryol sahəsində çalışan işçilərin maaşlarında dəyişiklik edilmədiyi iddia olunur.

Əməkdaşlar həmçinin bildirirlər ki, qurumda bəzi peşəkar kadrlar müxtəlif səbəblərlə vəzifələrindən uzaqlaşdırılıb və bu prosses davam edir. Onların iddiasına görə, işdən çıxarılanlar arasında könüllü şəkildə ərizə yazmayan şəxslər, ərizələri imzalamayanlar da var.

Eyni zamanda məlumatda qeyd olunur ki, Bilecəri Lokomotiv Deposunun əməkdaşları da məsələ ilə bağlı rəhbərliklə görüşmək istədiklərini bildiriblər. Onların sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşmək üçün müraciət etsələr də, artıq 20 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də görüş baş tutmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]