Bakıda qəribə dələduzluq: “Maşın oğurluqdur” deyib əlindən aldı, sonra yenidən özünə satdı – VİDEO

Bu gün, 10:28           
Bakıda qəribə dələduzluq: “Maşın oğurluqdur” deyib əlindən aldı, sonra yenidən özünə satdı – VİDEO
Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvvəlcə avtomobili “oğurluq” adı ilə əlindən alınıb, sonra isə həmin maşın ona yenidən satılıb. Nəticədə şikayətçi həm avtomobillərini, həm də külli miqdarda vəsaitini itirib.

TEREF xəbər verir ki, bu barədə videomaterialda bildirilir.

Şikayətçi Əli Əlibagei məsələ ilə bağlı bunları bildirib:

“2020-ci ildə İrandan gəldim və iş qurmaq üçün iki yük maşını aldım. Birinci maşını 38 min manata öz adıma rəsmiləşdirmişdim. İkinci maşını alanda Arzu Nurayeva adlı şəxs gələrək avtomobilin oğurluq olduğunu iddia etdi və onu apardı. Bir neçə gün sonra isə geri qayıdaraq həmin maşını mənə satmaq istədiyini dedi. Özünü bank işçisi kimi təqdim edərək, ‘Narahat olma, borcunu ödəyərsən’ dedi. 13 min manata razılaşdıq və hər ay 1 300 manat ödəyəcəyimi bildirdi.

Artıq üç maşınım var idi. Bir neçə ay sonra Arzu xanım maşınları öz adına keçirməyimi tələb etdi. Kreditin bitməsinə cəmi 1 000 manat qalmışdı. Türkiyəyə gedib qayıdanda öyrəndim ki, maşını Arzu xanım aparıb. Səbəb kimi borcun gecikməsini göstərərək maşını satdığını bildirdi. Etiraz edəndə isə pulumu geri verməyəcəyini dedi.

Nəticədə mən həm birinci, həm də digər avtomobillərimi itirdim. Arzu xanım mənə hədə-qorxu gələrək, “Gör sənin başına nə oyunlar açacağam” deyirdi. Bu hadisələr nəticəsində, ümumilikdə, 110 min manata yaxın zərərə düşmüşəm”. / Baku TV/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]