Ağlar günə qalan Şəki səhiyyəsi... - İTTİHAM VAR... VİDEO

Bu gün, 10:37           
Ağlar günə qalan Şəki səhiyyəsi... - İTTİHAM VAR...  VİDEO
Şəki Rayon Mərkəzi Xəstəxanasında yaşanan acınacaqlı durum bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Ölkə mediası rayonun səhiyyəsində hökm sürən acınacaqlı vəziyyət barədə bir neçə dəfə tənqidi açıqlamalar dərc edib. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı məlumatlandırmışıq ki, bəlkə Məcid Əliyevin rəhbərlik etdiyi sahədə “haqq-ədaləti” bərpa etmək mümkün oldu. Amma atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır” deyimi, zaman keçdikcə öz təsdiqini tapmağa başladı. Yəni, Şəki səhiyyəsinə rəhbərlik edən baş həkim, bu sahədə az-çox qayda-qanunu bərpa etmək əvəzinə, yenə də “feodal dövrü”ndən qalma idarəçiliyini tətbiq etməyə üstünlük verməkdədir…Azərbaycanda dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Məcid Əliyevin qoyduğu qayda və qanunlar, isə bu sahədə dövlət qanunlarından daha işləkdir.

Ətraflı sujetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]