Ümumiyyətlə ölkə qanunlarını pozan işəgötürənlər "nədənsə" cəzasız qalır!
Bu gün, 00:14

ARƏM Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir!
Hər il bu xidmətə göndərdiyimiz : "ölkənin hasilat sektorunda neçə işəgötürən ölkənin əmək qanunvericiliyini pozduğu üçün cəzalanıb"sualını Dövlət Əmək Müfəttişliyi Xidməti cavabsız qoyur.Bu halda ya cəzalanmış işəgötürənlərin sayı gizlədilir,yaxud da ki, ümumiyyətlə ölkə qanunlarını pozan işəgötürənlər "nədənsə" cəzasız qalır!
Buna görə də, SOCAR Azəriqaz İB TTİ-nin yanvar ,fevral aylarında ezamiyyə göndərilib,ancaq hələ də pulunu ala bilməyən işçilər, siz aşağıdakı qanunlara istinad edib,məhkəmə vasitəsilə haqqınızı tələb edin!
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192-ci maddəsinə əsasən, işçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan -1500 manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası Əmək Məc-nin 310-cu maddəsinə əsasən: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarıpozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.
Bilirsinizmi ki:
-Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir.
-Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərc və nəqliyyat xərclərindən ibarətdir.
- İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidi
- İşçinin ezamiyyətə getdiyi, ezamiyyətdən qayıtdığı gün(günlər)AR-da müəyyən edilmiş istirahət,səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ✅164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir.
Mirvari Gahramanli
TEREF

