Lüks brendlər 100 milyonluq məhsullarını məhv edirlər - Səbəb

16-03-2026, 12:44           
Lüks brendlər 100 milyonluq məhsullarını məhv edirlər - Səbəb
"Louis Vuitton", "Chanel" və ya "Apple" satılmayan məhsullarını endirimlə satmaq yerinə yandırır və ya parçalayır. İlk baxışdan bu, “israfçılıq” kimi görünsə də, arxasında soyuq bir biznes strategiyası dayanır.

Niyə bunu edirlər?

Ölkə.az valyuta.az-a istinadən bildirir ki, birinci səbəb brendin dəyərini qorumaqdır. Lüks brendlər “əlçatmazlıq” üzərində qurulub. Əgər bir çanta 90% endirimlə hər kəs tərəfindən alına bilsə, o brend artıq “eksklüziv” sayılmır.

İkinci səbəb “yalnız varlıların” simvolu olmaq. Brendlər istəmir ki, onların lüks məhsulları ucuz bazarlarda və ya “outlet” mağazalarında görünsün.

Digər səbəb isə vergi güzəştləridir. Bəzi ölkələrdə məhsulu məhv etmək, onu anbarda saxlamaqdan və ya ucuz satmaqdan daha sərfəli vergi güzəştləri yaradır.

"Burberry" – cəmi bir il ərzində 37 milyon dollar dəyərində məhsulu məhv edir.

"Cartier" – 25 milyon dollar dəyərində zərgərlik məmulatını əridərək yenidən xalis qızıla çevirir.

"Nike" – ehtiyacı olan insanlara verillə biləcək 5 milyon cüt ayaqqabını kəsərək istifadəyə yararsız hala salır.

"Chanel" – kiməsə satmaq əvəzinə 200 milyon dollar dəyərində məhsulu məhv edir.

"Louis Vuitton" – brend dəyərini qorumaq üçün hər il 100 milyon dollar dəyərində çantanı yandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru