BEA bazara 400 milyon barel neft çıxaracaq

16-03-2026, 11:18           
BEA bazara 400 milyon barel neft çıxaracaq
Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr yaxın vaxtlarda strateji ehtiyatlardan dünya bazarına neft çıxarmağa başlayacaqlar.

RBK xəbər verir ki, bu addım Yaxın Şərqdəki münaqişə səbəbindən yaranmış tədarük problemlərini kompensasiya etmək məqsədi daşıyır.

Məlumata görə, ümumilikdə 400 milyon barel neft və neft məhsulu bazara çıxarılacaq. Bunun 271.7 milyon bareli dövlət ehtiyatlarından, 116.6 milyon bareli neft sənayesinin məcburi ehtiyatlarından, 23.6 milyon bareli isə digər mənbələrdən təmin ediləcək.

Ayrılan yanacağın təxminən 72%-i xam neft, 28%-i isə neft məhsullarından ibarət olacaq.

Asiya və Okeaniya ölkələri ehtiyatların istifadəsinə dərhal başlayacaq. Amerika və Avropa ölkələri isə tədarüklərə martın sonundan start verəcək.

Bu qərar Yaxın Şərqdə müharibə fonunda neft tədarükündə yaranan ciddi problemlərlə əlaqədardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru