Binəqədi və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə - Məsuliyyət kimin üzərindədir? - VİDEO

16-03-2026, 12:28           
Binəqədi və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə -
Bakının bir sıra küçələrində yolların vəziyyəti ürəkaçan deyil. Bunlardan biri Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Motodrom" yaşayış massividir. Belə ki, həmin ərazidə yollar bərbad vəziyyətə düşüb.

Burada yaşayan sakinlər ilin müxtəlif fəsillərində çətinliklərlə üz-üzə qalırlar.

Yol o qədər pis vəziyyətə düşüb ki, bu ərazidən nə avtomobil, nə təcili yardım, nə də digər nəqliyyat vasitələri keçə bilir. Sakinlər Azərbaycan Televiziyasına (AzTV) bildirirlər ki, xəstə insan olduqda onlar üçün təcili yardım gələ bilmir, çünki yol palçıq və keçilməz vəziyyətdədir.

Həmçinin Abşeron rayonunun Masazır kəndi ərazisində də yollar olduqca bərbad vəziyyətə düşüb. Hətta sakinlər öz pulları hesabına yolları düzəltməyə çalışırlar.

Bildirirlir ki, baş verən vəziyyətlə əlaqədar sakinlər şikayətlərini ərazi üzrə icra hakimiyyəti və bələdiyyələrə bildirməlidirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru