SOCAR “Azneft İB Dalğıc Xidmətində ayrı seçkiliyə kim rəvac verir?
17-03-2026, 00:00
Niyə cənab rəislər?Ayrı-seçkiliyi aradan qaldırın!Kim sizə belə səlahiyyət verib? SOCAR “Azneft İB Dalğıc Xidmətinin işçiləri yazdı: Ramazan və Novruz bayramı ərəfəsində müəssisəmizdə baş verən ayri-seçkilik ciddi narazılıq yaradıb.Dalğıc Xidmətinin rəhbərliyi dalğıclara, elektriklərə və çilingərlərə 50 manatlıq alış-veriş kartı təqdim edib. Amma eyni müəssisədə çalışan xilasedən-matroslar bu “bayram hədiyyəsindən” kənarda saxlanılıb. Sual yaranır: -Eyni kollektivdə çalışan insanlar arasında bu cür ayrı-seçkilik niyə edilir? -Xilasedən-matroslar bu müəssisənin əməkdaşı deyilmi? -Onların gördüyü iş və risk daha azmı? Bayram birlik, həmrəylik və ədalət deməkdir. Amma görünür ki, bəzi yerlərdə bu prinsiplər yalnız seçilmiş insanlar üçün keçərlidir. Sadəcə bir sualdır: Əmək kollektivində belə açıq ayrı-seçkilik nə qədər doğrudur? Ümid edirik ki, məsul şəxslər bu məsələyə aydınlıq gətirəcək. Mirvari Gahramanli TEREF