41 milyonluq qumar işində adı hallanan Murad Xudiyev "Rabitəbank"da çalışıbmış - TƏFƏRRÜAT

17-03-2026, 08:19           
41 milyonluq qumar işində adı hallanan Murad Xudiyev "Rabitəbank"da çalışıbmış - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Murad Xudiyev və Bəhruz Əkbərov onlayn qumar oyunlarından əldə edilmiş 41 milyon manatdan çox vəsaiti bank kartları vasitəsilə leqallaşdırmaqda təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə mütəşəkkil dəstə tərəfindən qanunsuz qumar təşkili və çirkli pulların yuyulması ittihamları elan edilib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, cinayət işi üzrə növbəti məhkəmə iclasının aprelin 13-də keçirilməsi qərara alınıb.

32gun.az bu ittihamda adı çəkilən Murad Xudiyev ilə bağlı məlumat əldə edib. Belə ki, internet resusrslarında da araşdırma apardığımız zaman M.Xudiyevin vaxtı ilə "Rabitəbank"da çalışdığı məlum olub. O sözügedən bankın Pərakəndə Biznesin inkişafı şöbəsinin eksperti vəzifəsində çalışıb.ə

O həmçinin Bankers.az layihəsinin Məzun olduğu təlim proqramı Universal bank işçilərinin hazırlığının məzunudur. Oradan məzun olduqdan sonra Rabitəbank"da işə düzəlib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru