Yol problemi sakinlərin əsəbini tarıma çəkdi: “Heç bir tədbir görmürlər” – VİDEO
21-04-2026, 15:18
Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdırlar.
Qaynar xəttə müraciət edən sakinlər bildiriblər ki, küçə indiyədək asfalt üzü görməyib.
Onların sözlərinə görə, qışda palçıq, yayda isə toz-torpaq səbəbindən hərəkət çətinləşir. Taksi və təcili tibbi yardım avtomobilləri əraziyə gəlməkdə çətinlik çəkir.
“Evimə qonaq gələ bilmir. Məcbur qalıb qonaqlarımı restoranda qarşılayıram. Ayıbdır, utanıram”, – deyə sakinlərdən biri qeyd edib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problemin həll olunmadığını vurğulayıblar./Baku TV/