"ChatGPT"yə güvəndi, reanimasiyaya düşdü - "OpenAI" məhkəməyə verildi

Bu gün, 17:18           
"ChatGPT"yə güvəndi, reanimasiyaya düşdü - "OpenAI" məhkəməyə verildi
ABŞ-ın Florida ştatında yaşayan Skott Uinters (Scott Winters) "ChatGPT"nin verdiyi tibbi məsləhətlər nəticəsində həyati təhlükə ilə üzləşdiyini iddia edərək "OpenAI" və şirkətin baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb.

Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya əsasən, Uinters aylarla başgicəllənmə və təzyiq problemləri ilə bağlı "ChatGPT-4o" ilə məsləhətləşib. Çatbot isə onu həkimə müraciət etmək əvəzinə evdə dincəlməyə təşviq edib və vəziyyətinin hələ ciddi olmadığını bildirib.

Məhkəmə sənədlərinə görə, bu gecikmə nəticəsində Uintersdə ağciyər arteriyasının tromboemboliyası inkişaf edib və o, sonradan reanimasiya şöbəsinə yerləşdirilib. Müalicə edən həkim qan laxtalarının yaranmasını qismən "ChatGPT"nin tövsiyə etdiyi uzunmüddətli hərəkətsizliklə əlaqələndirib.

"OpenAI" isə bildirib ki, "ChatGPT həkim deyil və tibbi diaqnoz, müalicə və ya peşəkar tibbi yardımın əvəzi kimi istifadə edilməməlidir. Şirkət əlavə edib ki, modelin daha yeni versiyaları istifadəçiləri zəruri hallarda həkimə müraciət etməyə daha effektiv şəkildə yönləndirir.

"The New York Times"ın məlumatına görə, bu, süni intellektin verdiyi tibbi məsləhətin birbaşa fiziki zərərə səbəb olduğu iddiası ilə "OpenAI"a qarşı qaldırılan ilk məhkəmə işi hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru