Kolumbiyada dəhşətli olay: Öküz tribunaya tullanaraq tamaşaçıları yaraladı - VİDEO
Bu gün, 17:38
Kolumbiyanın Tolima departamentində korrida zamanı öküz tribunaya tullanaraq bir neçə tamaşaçıya xəsarət yetirib.
Bu barədə "Need To Know" nəşrinə istinadən xəbər verir.
Korralexa adlanan yerli öküz döyüşü növü Koyayma şəhərində keçirilib. Korralexa klassik korridadan onunla fərqlənir ki, iştirakçılar heyvanı öldürməyə çalışmır, sadəcə onu qəzəbləndirir və hücumlarından ustalıqla yayınırlar.
Tamaşaçılardan birinin çəkdiyi videoda dairəvi arenaya buraxılan öküzün qaçaraq tribunaya tullandığı və diqqətsiz tamaşaçıları buynuzladığı və tapdaladığı əks olunub. Nəticədə dörd nəfər ağır xəsarət alıb. Xəsarət alanların ümumi sayı isə hələlik dəqiq məlum deyil.