Məktəb alış-verişi bu il daha baha olacaq

12-08-2026, 00:08           
Məktəb alış-verişi bu il daha baha olacaq
Yeni tədris ilinin başlaması ilə qiymətlərdə bir sıra artımlar müşahidə olunur.

İqtisadçı Xalid Kərimli bildirib ki, bahalaşmada inflyasiyanın böyük təsiri var:

“Ölkədə ümumi inflyasiya ilə yanaşı, logistika xərcləri də qiymətlərə birbaşa təsir edir. Bundan əlavə, mövsümi tələbin yüksək olması da qiymət artımına səbəb olan əsas amillərdəndir. Buna görə də istər məktəb ləvazimatlarının, istərsə də məktəbli formalarının qiymətindəki dəyişikliyi süni qiymət artımı adlandırmaq olmaz. Bu, artıq normal bazar prosesidir.

Təbii haldır ki, tələbin yüksəlməsi satıcıları endirim etməkdən çəkindirir. Xarici platformalar üzərindən edilən onlayn alış-verişlər isə daxili bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsinə kömək edir. Çünki alıcılar tələbatlarının bir hissəsini xaricdən qarşılayır və bu da daxili bazardakı qiymətlərə aşağıyönlü təzyiq yaradır”.

Ekspert qeyd edib ki, bazar mexanizmləri kifayət qədər inkişaf etdiyindən bu prosesə kənardan müdaxiləyə ehtiyac yoxdur”

“Dövlət artıq onlayn alış-verişə kifayət qədər vergi güzəştləri tətbiq edir. Hesab edirəm ki, bu güzəştlər ləğv edilməlidir, çünki son dövrlərdə onlayn ticarətin inkişafı xeyrinə kifayət qədər addım atılıb”./Yeni Sabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru