Yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırıldı: Nazirdən açıqlama

24-01-2018, 21:34           

Ötən il vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib. FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev açıqlayıb. Onun sözlərinə görə, müqayisə üçün, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.

Nazir bildirib ki, vergi yoxlamaları, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru