Fatimə ona gələn məktubun ardınca bu evə getdi - VİDEO

18-01-2016, 11:34           
Fatimə ona gələn məktubun ardınca bu evə getdi - VİDEO
Rəqassə Fatimə Fətəliyeva balaca fanatı Elvira ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, rəqqasə bu addımı “ATV Maqazin Onlarla” verilişinə azyaşlının qardaşı Şamxalov Orxanın ünvanladığı məktubdan sonra atıb. Azətminatlı ailə ilə görüşmək qərarına gələn Fatimə 8 yaşlı Elvira üçün alış-veriş edərək onun evinə yollanıb. Rəqqasə özünün də çətin günlər keçirdiyini deyib:

“Bilənlər bilir ki, mən özüm də pis gün keçirmişəm. Elə olub ki, çörək almağa pulumuz olmayıb. Allah elə yox yerdən sizə də qapı açacaq, möcüzəyə inanın. Qızım Aydan Elvira yaşda olanda biz çox pis vəziyyətə düşdük: atam rəhmətə getdi, anam müflis oldu. Hər şeyimizi satdıq, kirayələrdə qaldıq. Aydan ət istəyəndə onu almağa imkanımız yox idi. İnsan gərək özü-özünü ayağa qaldırsın”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]